Menu

Rusiya təhlükəli raketi silahlanmaya qəbul edir

10.05.2016, 21:14
Rusiya təhlükəli raketi silahlanmaya qəbul edir

RS-26 Yars-M raketi 2017-ci ildə Rusiya ordusunun silahlanmasına qəbul ediləcək. Axar.az xəbər verir ki, bu barədə informasiyanı Rusiya mətbuatı yayıb.

Qeyd edək ki, RS-26 RS-24-ün əsasında hazırlanıb. Hər iki ballistik raket texniki xarakteristikası haqqında indiyə qədər dəqiq məlumat verilmir. Rusiya rəsmilərinin açıqlamalarından bəlli olan tək şey RS-26-nın RS-24-dən daha yüngül olacağıdır.

RS-24 11 min kilometr məsafədəki bütün hədəfləri məhv etmək qabiliyyətinə sahibdir. Raket nüvə başlığı daşımağa da qadirdir. O, 2007-ci ildə yaradılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol