Menu

Əmisi oğlunu bıçaqlayan şəxsə hökm oxunub

12.05.2016, 12:13

mehkeme-hokmu-23Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində əmisi oğlunu bıçaqlayan Rahil Səfərovun məhkəməsi yekunlaşıb.

APA-nın məlumatına görə R. Səfərov 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki Xızı rayonunun Şuraabad kəndində yaşayan, əvvəllər məhkum olunmuş Rahil Səfərov münaqişə zəminində əmisi oğlu Vüsal Səfərova bıçaqla xəsarət yetirib.

Xızı Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R. Səfərov tutulub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol