Menu

​Bu il Vergilər Nazirliyinin xətti ilə büdcə daxilolmaları 7% azalıb

12.05.2016, 16:01

vergilerHesabat dövründə Azərbaycanda 37,1 minə yaxın vergi ödəyicisi qeydiyyata alınıb

Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycan Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 2 204 972,7 min manat vəsait daxil olub. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 163,027 mln. manat və ya 6,9% azdır.

Nazirliyin Analitik-informasiya şöbəsindən "Report"a verilən məlumata görə, müvafiq proqnoz tapşırığına 104,8% əməl edilib.

Hesabat dövründə 37 080 vergi ödəyicisi qeydiyyata alınıb.

Xatırladaq ki, ötən ilin ilk 4 ayı ərzində 2 368,0 mln. manatlıq vergi daxilomaları qeydə alınıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol