Menu

Estoniyalı Sankt-Peterburqda həbs olundu - Casusluğa görə

13.05.2016, 19:03

Hebs-divara-soykenenRusiya KİV-nin məlumatına görə, Federal Təhlükəsizlik Xidməti (FTX) Sankt-Peterburq şəhərində bir Estoniyalını casusluğa görə, saxlayıb. Bu barədə məlumatı FTX ictimai əlaqələr Mərkəzi yayıb («TASS»).

Məlumatda deyilir: «FTX Sankt-Peterburqda Rusiya Federasiyası Cinayət Məcəlləsinin 276-cı maddəmsi ilə (Casusluq) cinayətdə şübhəli bilinən Estoniya sakini, vətəndaşlığı olmayan (Estoniya Respublikasının vətəndaşı olmayan), 1969-cu ildə anadan olmuş Mardaleyşvili Arsen Nodaroviçi saxlayıb...».

FTX-nın məlumatına görə, Mardaleyşvili Estoniya Daxili işlər nazirliyi mühafizə polisi departamentinin tapşırığı ilə məqsədli şəkildə Rusiya silahlı qüvvələrinə aid hərbi xarakterli məxfi məlumatlar toplayıb ki, belə məlumatların xaricə sızması ölkənin müdafiə qabiliyyətinə zərər vura bilər.

Casusluqla bağlı bu insident ilk deyil. Belə ki, 2014-cü il sentyabrın 5-də Pskov vilayətində keçirilən agentur əməliyyatı nəticəsində Estoniya vətəndaşı Eston Koxver saxlanıb. Onun üzərindən «Taurus» markalı tapança və güllələri, 5 min avro, 50 min rubl, içərisində diktofon quraşdırılmış saat və kəşfiyyat xarakterli materiallar götürülüb.

2015-ci ilin avqustunda Koxver casusluqda, silah alverində, qanunsuz silah cəzdirməkdə və sərhədi qanunsuz yolla keçməkdə təqsirkar bilinərək, 15 il müddətinə azadlıqdan məhrum edilib və 100 min rubl cərimələnib.

Sentyabrın 28-də o, FTX agenti, Estoniya daxili işlər nazirliyinin keçmiş zabiti Aleksey Dressenlə dəyişdirilib.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol