Menu

Ermənistan parlamentinə silahlı basqın...

26.03.2014, 19:41
Ermənistan parlamentinə silahlı basqın...

Bu gün günorta saatlarında əli silahlı şəxs İrəvanda parlament binasına hücum çəkib. “Axar.az” erməni mətbuatına istinadən xəbər verir ki, naməlum şəxs ona yardım etməyəcəkləri təqdirdə özünü öldürəcəyini deyib.

Şahidlərin sözlərinə görə, silahlı şəxs köynəyini qaldıraraq qarnına xəsarət yetirə bilib. Sonradan təhlükəsizlik xidmətinin əməkdaşları onu zərərsizləşdirə biliblər. Onun bu addımı atmasına səbəb isə maddi çətinliyi olub. Jurnalistlərə açıqlamasında bildirib ki, saxlaya bilmədiyi üçün 2 övladı internatda qalır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol