Menu

Böyük dövlətlər «terrorçu istehsal edirlər»...

14.05.2016, 17:00
Böyük dövlətlər «terrorçu istehsal edirlər»...

Rusiya xüsusi xidmətləri Şimali Qafqazdakı radikalları Suriyaya «ezam edib»!

«Reuters» yazır ki, Rusiyanın xüsusi xidmət strukturlprı Şimali Qafqazda ələ keçirdiyi radikalları sonradan Suriyaya yola salmaqla məşğul olub. Nəşrin yazdığına görə, bunun köməyi ilə ölkənin güc strukturları Soçi olimpiadasının təhlükəsizliyini təmin etmək məqsədi güdüblər.

Fəqət, Rusiyanın Suriyaya soxulmasından sonra aydın oldu ki, məqsəd təkcə bu və ya ümumiyyətlə, bu deyilmiş. Məsələn, bir müddət əvvəl Rusiya qırıcıları İraq türkmənlərinin sıx yaşadığı («İqil-miqil»in olmadığı bölgə!) bölgəni bombalayan zaman Rusiya rəsmiləri belə bir bəyanatla çıxış etdilər ki, guya bu ərazilərdə Rusiyadan getmiş və sonradan «İslam dövləti» qruplaşmasına qoşulmuş terrorçular cəmləşib və aviazərbələr də onlara endirilir...

Məlumata görə, Rusiya xüsusi xidmətləri Şimali Qafqazdan olan «islamçı radikallar»ı yeni sənədlərlə və bir başa biletlə təmin edərək, Türkiyəyə yola salıblar. «Reuters» bellərindən 6 nəfər yaraqlını aşkarladığını yazır. Onların hamısı Suriyaya gedib və əksəriyyəti «cihadçı qrupları»n tərkibində döyüşməyə başlayıb.

Bildirilir ki, radikalların Rusiyadan Suriyaya göndərilməsinə, ən azı 2014-cü ilə qədər - Soçi Oyunları ərəfəsinə qədər məlum göməklik göstərilib.

Təhlükəsizliyə cavabdeh olan Şiamli Qafqazlı məmurlar isə radikallara köməklik göstərildiyini inkar etsələr də, onların fəal şəkildə ölkədən getməsinin təhlükəsizlik problemlərini həll etməyə imkan yaratması fikri ilə razılaşırlar.

Məlumat üçün bildirək ki, bundan əvvəl Şimali Qafqazdakı radikallara ölkəni tərk etmək məsələsində Rusiya xüsusi xidmət orqanlarının köməklik göstərdiyi barədə «Beynəlxalq böhran qrupu» məlumat vermişdi. Təşkilatın qiymətləndirməsinə görə, bu və digər tədbirlər radikalların Rusiyada törətdiyi zorakılığın qurbanlarının sayının təxminən 2 dəfə azalmasına imkan yaradıb.

Bu arada prezident Putinin mətbuat katibi D.Peskov bəyan edib ki, Rusiya hakimiyyəti heç vaxt radikallarla qarşılıqlı fəaliyyətdə olmayıb. Onun sözlərinə görə, Rusiyada terrorçuları yalnız məhv edirlər - hər zaman da belə olacaq.

Bununla bərabər, Federal Təhlükəsizlik Xidmətinin (FTX) rəhbəri Nikolay Bortnikovun dəyərləndirməsinə görə, ötən ilin sonuna qədər demək olar 3 min rusiyalı Yaxın Şərqə gedib. Onların böyük əksəriyyəti ölkəni 2013-cü ilin yarısından sonrakı dövrdə tərk edib.

«Reuters»-in məlumatından isə belə çıxır ki, bu gün Suriyada, İraqda və Yaxın Şərqin digər qaynar nöqtələrində ən azı, 3 min rusiyalı terrorçu dağıdıcı fəaliyyətlə məşğuldur. Bəzi buqələmunlar isə beynəlxalq ictimaiyyətin fikrini azdırmaq üçün «terrorçuların haradan peyda olması» məsələsinə «mudak» («ağıl dəryası») şərhi verməkdən usanmırlar...

Buradan aydın olur ki, böyük dövlətlər əvvəlcə «terrorçu istehsal edirlər», sonra isə terrorla mübarizə adı altında «dinc və köməksiz» dünyanın «altını üstünə çevirirlər»!

Mirzə AĞ

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol