Menu

Venesuelada fövqəladə vəziyyət elan olunub

14.05.2016, 18:11
Venesuelada fövqəladə vəziyyət elan olunub

Venesuela prezidenti Nicolas Maduro bildirib ki, ABŞ və başqa bir ölkənin «xarici müdaxilə»sinin qarşısını almaq üçün 60 günlük fövqəladə vəziyyət rejimi elan olunur.

Prezident deyib ki, neft ixrac edən ölkələrin birləşdiyi OPEC təşkilatında onu devirmək istəyənlər var.

Bunda əvvəl ABŞ Maduro-nun prezidentlik dövrünü başa çatdırmadan vəzifəsindən gedəcəyi ilə bağlı narahatlığını bildirmişdi.

Hazırda Venesuela iqtisadi və enerji böhranı yaşayır. Ölkədə yüksək inflyasiya, 15 saata çatan elektrik kəsintilərinə görə hökumətə qarşı aksiyalar və tətillər keçirilir. /Azadlıq radiosu

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol