Menu

"Barselona" çempion oldu

14.05.2016, 22:32
"Barselona" çempion oldu

İspaniya La Liqasında mövsümün qalibi bəlli olub. Sport7.az xəbər verir ki, son turda "Qranada"nı 3:0 hesabı ilə məğlub edən Kataloniya təmsilçisi çempionluğunu rəsmiləşdirib.

"Barselona"ya qələbə qazandıran hər üç qolun müəllifi Luis Suares olub. Luis Enrikenin komandası mövsümü 91 xalla bitirib.

Paralel keçirilən qarşılaşmada "Real" səfərdə "Deportivo"nu 2:0 hesabı ilə məğlub etsə də, "Barselona" xal itirmədiyindən bu qələbənin əhəmiyyəti olmayıb.

Qeyd edək ki, "Barselona" çempion olduğu üçün hər futbolçusu 300 min avro mükafat alacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol