Faktla bağlı araşdırma aparılır.
Ələt-Astara maqistral yolunda ölümlə nəticələnən yol qəzası baş verib. Baş Dövlət Yol Polisi İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, qəza maqistral yolun 146-cı kilometrliyində, Cəlilabad rayonu ərazisində qeydə alınıb. “Mercedes” markalı minik avtomobili ilə "Shacman" markalı yük avtomobili toqquşub. Nəticədə minik maşını deformasiyaya uğrayıb və sürücüsü Masallı rayonunun Türkoba kənd sakini 1989-cu il təvəllüdlü İraz Məlik oğlu Ağayev sıxılmış vəziyyətdə avtomobildə qalıb.
Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunub və xilasedicilər avtomobildə sıxılmış vəziyyətdə qalan sürücünü çıxararaq Cəlilabad Mərkəzi Rayon Xəstəxanasının həkimlərinə təhvil veriblər.
27 yaşlı sürücü xəstəxanaya çatdırılsa da, aldığı xəsarətlərdən orada dünyasını dəyişib.
Ələt-Astara maqistral yolunda ötən gün də qəza baş verib. Lənkəran rayonunun Liman şəhəri ərazisindən keçən hissəsində rayon sakini Nail İbrahimovun idarə etdiyi “Kamaz”markalı yük maşını ilə Ələt istiqamətində hərəkətdə olarkən, Astara istiqamətində hərəkət edən şəhər sakini Vaqif Şahverdiyevin idarə etdiyi“Mercedes” markalı minik avtomobili ilə toqquşub.
Xilasedicilər xüsusi alət və avadanlıqların köməyi ilə minik avtomobilində sıxılıb qalmış sürücünü və onun yanındakı sərnişini, Lənkəran sakini 79 yaşlı Qılman Əliyevi çıxararaq Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.


Şərhlər