Menu

Cəbhənin Tovuz istiqamətində son ayların ən qızğın döyüş başladı

28.03.2014, 01:05
Cəbhənin Tovuz istiqamətində son ayların ən qızğın döyüş başladı

Ermənistan silahlı qüvvələri Tovuz rayonun Əlibəyli kəndini intensiv atəşə tutublar.

Kənd sakinlərinin APA-ya verdikləri məlumata görə, saat təxminən 22.30 radələrindən başlayaraq ermənilər iri çaplı silahlarla kəndi atəşə tutublar. Hazırda atışma davam edir.

Sakinlərin bildirdiklərinə görə, son 6 ayda belə intensiv atışma olmayıb. Məlumata görə, Azərbaycan ordusu düşməni cavab atəşi ilə susdurmağa çalışır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol