Menu

Poroşenko özünü Krım tatarları adlandırıb

19.05.2016, 10:33

petro_poroshenko_120215_1AzPolitika.info Ukrayna KİV-nə istinadla xəbər verir ki, prezident Pyotr Poroşenko Krım tararlarının 1944-cü il deportasiyasını genosid adlandırıb.

«Bu, insanlığa qarşı işlənmiş ən ağır cinayətdir» - deyə, prezident qeyd edib. Poroşenko özünü Krım tatarı adlandırıb.

Məlumat üçün bildirək ki, mayın 18-i Krım tatarlarının deportasiyasının ildönümüdür. 1944-cü il mayın 18-də tatar dolu ilk eşolon Krımdan Orta Asiyaya yola salınıb. 180 min tatar öz vətənindən - Krımdan zorla köçürülüb. Yolboyu və Orta Asiyada dözülməz şəraitə düşən bu insanların böyük qismi həyatını itirib.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol