Menu

Ombudsmanın işgəncəni gizlədən bəyanatına etiraz - Aclıq aksiyasına başlanıldı

20.05.2016, 16:01
Ombudsmanın işgəncəni gizlədən bəyanatına etiraz - Aclıq aksiyasına başlanıldı

NİDA üzvləri Qiyas İbrahimov və Bayram Məmmədov barəsində olan həbsin ev dustaqlığı və ya girov qətimkan tədbiri ilə əvəz olunması məsələsinə baxılıb.

Modern.az xəbər verir ki, b u haqda onların hüquqlarını müdafiə edən Elçin Sadıqov məlumat verib.

O bildirib ki, vəkil Bəxtiyar Məmmədovun sədrliyi ilə keçirilən məhkəmədə vəsatətlər təmin edilməyib.

E.Sadıqov bu qərarları əsassız olduğunu və apellyasiya şikayəti verəcəyini açıqlayıb. Həmçinin müvəkkilinin aclıq aksiyasına başladığını bildirib:

“Bayram Məmmədov bildirdi ki, dünəndən Bakı Apellyasiya Məhkəməsinin qanunsuz qərarına və Ombudsmanın işgəncəni gizlədən bəyanatına etiraz olaraq aclıq aksiyasına başlayıb”.

Ombudsman Aparatı: “Nidaçı gənclərdə xəsarət aşkarlanmayıb, rəftardan razı qalıblar…”

Daxili İşlər Nazirliyinin (DİN) həbs edilən NİDA-çı gənclərlə bağlı yaydığı məlumatda bildirilir ki, hər iki gənc narkotik maddəylə əlaqəli saxlanılıb.

“Bakı Şəhər Baş Polis İdarəsinin Narkotiklə Mübarizə İdarəsi, Sabunçu RPİ 12-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sabunçu qəsəbə sakini Bayram Məmmədovdan 2,904 qram heroin, evinə baxış zamanı isə əlavə olaraq 1 kiloqram 150 qram heroin aşkar edilərək götürülüb.

Bakı Şəhər Baş Polis İdarəsinin Narkotiklə Mübarizə İdarəsi, Nəsimi RPİ 22-ci PB və Nizami RPİ 25-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nəsimi rayonu ərazisində Qiyas İbrahimovdan 2,607 qram heroin, yaşadığı mənzilə baxış zamanı isə əlavə olaraq 1 kiloqram 10 qram heroin aşkar edilərək götürülüb”.

NİDA hərəkatı hesab edir ki, gənclər Heydər Əliyevin Mərkəzi Bankın qarşısındakı abidəsinin postamentini yazdıqlarına görə saxlanıblar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol