Menu

Böyük Britaniyanın sonuncu tütün fabrikası bağlanıb

21.05.2016, 14:00
Böyük Britaniyanın sonuncu tütün fabrikası bağlanıb

Böyük Britaniyada sonuncu tütün fabrikası öz işini dayandırıb. Bu barədə Trend "BBC"yə istinadən xəbər verir.

Nottinhem qraflığında yerləşən və "İmperial Tobacco" şirkətinə məxsus "Horizon" fabrikasının bağlanılması haqqında qərar 2 il əvvəl qəbul edilib. Bununla 500 insan iş yerlərini itirir.

İstehsalın qızğın vaxtlarında fabrika ildə 52 milyard siqaret hazırlayıb, işçilərin sayı isə 7 minə yaxın olub. Amma son illər Böyük Britaniyada siqaretə tələbat kəskin aşağı düşüb.

Son zamanlar "İmperial Tobacco" şirkəti istehsalatı ucuz işçi qüvvəsi olan digər ölkələrə keçirir. Onların sırasında İraq, Suriya, Çin, Rusiya və Polşa var.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol