Təhsil Nazirliyinin Azərbaycan Dəniz Balıq Sənayesi Kolleci "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin tabeliyinə verilib.
Bu barədə Nazirlər Kabinetindən məlumat verilib.
Qərara əsasən, Təhsil Nazirliyinin Azərbaycan Dəniz Balıq Sənayesi Kolleci "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin tabeliyinə verilib və Azərbaycan Dövlət Dəniz Akademiyasının nəzdində Azərbaycan Dənizçilik Kolleci adlandırılıb.
Bu qərar sentyabrın 1-dən qüvvəyə minir.


Şərhlər