Menu

Şamaxıda avtomobili aşıran sürücü xəstəxanada ölüb

26.05.2016, 11:36

trend_ambulance_070309Faktla bağlı Şamaxı Rayon Polis Şöbəsi araşdırma aparır

Şamaxıda avtomobili aşıran sürücü xəstəxanada ölüb. "Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.

Məlumata görə, mayın 25-də saat 22 radələrində Şamaxı rayonunun Göylər kəndində Şirvan şəhər sakini Müşfiq Həsənov idarə etdiyi “Mercedes” markalı avtomobili aşırıb. Nəticədə sürücü və 1 sərnişini xəstəxanaya yerləşdirilib, M.Həsənov orada dünyasını dəyişib.

Faktla bağlı Şamaxı Rayon Polis Şöbəsi araşdırma aparır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol