Menu

Dollar Azərbaycanda da bahalaşa bilər

26.05.2016, 13:26
Dollar Azərbaycanda da bahalaşa bilər

Bu gün Mərkəzi Bankın təşkil etdiyi hərracda dolların orta satış qiyməti 1.4910 manat olub.

Bu barədə “Marja”ya bank sektorundan bildirilib. Mərkəzi Bank 27 May üçün USD/AZN rəsmi məzənnəsini 17:00 radələrində açıqlayacaqdır. Adətən Mərkəzi Bankın açıqladığı məzənnə hərracdakı orta qiymət ətrafında olur.

Əgər sabaha olan USD/AZN məzənnəsi 1.4910 səviyyəsində elan olunarsa, bu, Dolların Manat qarşısında bahlaşması demək olacaqdır (Bu gün USD/AZN 1.4900).

Məlumata görə, bu gün Dövlət Neft Fondunun hərraca çıxardığı vəsaitin bir hissəsi Mərkəzi Bank və qalanı isə kommersiya bankları tərəfindən alınmışdır.

Verilən məlumata görə, Mərkəzi Bank dolları yüksək qiymətdən aldığından məzənnə yüksələcəkdir.

Qeyd edək ki, bu ilin Mart ayında USD/AZN məzənnəsi 1.6456 səviyyəsinədək qalxmışdı. Həmin səviyyə ilə müqayisədə, bu gün Dollar Manat qarşısında 9,5% ucuzlaşıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol