Menu

«Qazprom» Avropaya yeni qaz xətti çəkmək barədə düşünür 

27.05.2016, 17:47

QazpromRusiya KİV-nin yaydığı məlumata görə, bu ölkənin «Qarprom» şirkəti Qara dənizdən keçməklə, Avropaya yeni qaz xətti çəkilişinin texniki-iqtisadi əsaslandırma (TİƏ) sənədlərini hazırlayır. Sənədlər paketinin bu ilin sonuna qədər hazır ola biləcəyi deyilir («TASS»).

Bu barədə jurnalistlərə «Qazprom»un sədr müavini Aleksandr Medvedyev məlumat verib.

«Mümkündür ki, sənədlər hazır olduğu təqdirdə, orada marşrut da müəyyən edilsin. Bolqarıstandan keçəcək variant daha tez reallaşdırıla biləcək marşrutdur» - deyə, Aleksandrov dəqiqləşdirib.

«Qazprom» səlahiyyətlisi deyib ki, 2016-cı ildə Rusiyadan Avropaya qaz ixracı 165,0 milyard kubmetr təşkil edə bilər.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol