Menu

NATO-dan Azərbaycan və Ermənistana çağırış

27.05.2016, 17:50
NATO-dan Azərbaycan və Ermənistana çağırış

NATO Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlıdır və tərəfləri sülh yolu ilə nizamlanma üzrə səyləri davam etdirməyə çağırır. Bunu Trend-ə NATO-nun mətbuat xidmətindən deyiblər.

Mətbuat xidmətindən bildiriblər ki, münaqişələrin sülh yolu ilə nizamlanması NATO-nun və hərbi əməkdaşlıq proqramında iştirak edən bütün tərəfdaş dövlətlərin əsas məqsədidir.

Həmçinin qeyd olunub ki, Alyansın ATƏT-in Minsk qrupu çərçivəsində keçirilən danışıqlar prosesi ilə birbaşa əlaqəsi yoxdur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol