Menu

«ABŞ, kürd özünümüdafiə güclərini terrorçu hesab etməyəcək» - Dövlət Departamenti

28.05.2016, 10:43
«ABŞ, kürd özünümüdafiə güclərini terrorçu hesab etməyəcək» - Dövlət Departamenti

Xarici KİV-in məlumatına görə, ABŞ Türkiyə ilə dialoqu, o cümlədən, Suriyanın şimalındakı vəziyyət üzrə dialoqu davam etdirmək fikrindədir, amma buradakı kürd özünümüdafiə güclərinə (KÖG) yönəlik öz mövqeyini dəyişməyəcək. Bu barədə dövrü brifinqdə jurnalistlərə ABŞ Dövlət Departameni (DD) mətbuat xidməti rəisinin müavini Mark Toner bəyan edib («TASS»).

Bundan əvvəl KİV-lər məlumat yaymışdılar ki, Suriyada döyüşən ABŞ xüsusi təyinatlıları uniformalarının qolunda KÖG-nin xüsusi nişanını («şevron») gəzdirirlər ki, bu da Türkiyənin neqativ reaksiyasına səbəb olub.

«Bu fotoşəkillərə Türkiyənin verdiyi şərhə gəlincə, biz açıq-aydın bildirmişdik - həmçinin elə bu tribunadan da - anlatmışdıq ki, KÖG PKK ilə (Türkiyədə və ABŞ-da terrorçu kimi tanınan kürd fəhlə partiyası) əlaqəli deyil. Əksinə, biz hesab edirik ki, KÖG Suriyakı digər güclər kimi, ölkənin şimalında İLİD (İraq və Levant İslam Dövləti) ilə effektli mübarizə aparır. Biz isə öz müşavirlərimiz vasitəsilə onları dəstəkləməkdə davam etmək istəyirik» - deyə, Toner bəyan edib.

Bu zaman, DD-nin nümayəndəsi onu da qeyd edib ki, Vaşinqton Ankaranın narahatlığını anlayır: «Türkiyədə İslam Dövləti (İD) və Suriyanın şimalındakı vəziyyətlə bağlı problemin doğurduğu bu və digər məsələləri Türkiyə ilə müzakirə edirik» - deyə, Toner əlavə edib.

Bundan əvvəl Türkiyənin xarici işlər naziri Mövlut Çavuşoğlu ABŞ-ın Suriyadakı KÖG-ə münasibətini ikiüzlülüyün təzahürü adlandırmışdı. «Müttəfiqimizin KÖG-nin emblemini (şevron) gəzdirməsi qəbuledilməzdir! Bu, ikilii standartdır və ikiüzlülüyün təzahürüdür» - deyə, Çavuşoğlu bəyan etmişdi.

«Foreign Policy» nəşrinin yazdığına görə, ABŞ hərbçiləri isə öz növbəsində, izah edirlər ki, onların belə davranışı (KÖG-nin şevronunu gəzdirmələri - red.) Suriyada birgə işlədikləri güclərdə inam yaratmaq məqsədi daşıyır.

Amma ABŞ öz riyakarlığını nə qədər ört-basdır etmək istəsə də «xoruzun quyruğunu gizlətmək» mümkün deyil. Bunun doğurduğu adekvat nəticə kimi, böyük ehtimalla, Türkiyə yaxın vaxtlarda və ləngimədən, qonşu Rusiya ilə münasibətlərini yaxşılaşdırmaq istiqamətində effektli addımlar atacaq. Bununla belə, Rusiyanın son günlər Yunanıstanla yaxınlaşması (dünən bu ölkələrin qəbul etdiyi birgə bəyannamə nəzərdə tutulur) Türkiyə-Rusiya münasibətlərinə müəyyən problemlər yarada bilər.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol