Menu

İŞİD 48 nəfəri edam etdi

30.05.2016, 20:50
İŞİD 48 nəfəri edam etdi

Suriyada İŞİD terror qruplaşmasının silahlıları kürdlərin başçılıq etdiyi “Suriya Demokratik Qüvvələri” ilə əlaqədə şübhəli bilinən 48 nəfəri edam edib. APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə mayın 27-də baş verib.

Bildirilir ki, silahlılar dinc sakinləri bir yerə toplayaraq edam ediblər. Qeyd edək ki, “Suriya Demokratik Qüvvələri” hazırda İŞİD-in nəzarəti altında olan Suriyanın Rakka və Tabka şəhərlərinin azad edilməsi uğrunda döyüşlərdə iştirak edir.

Sosial səhifələrdə paylaş

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol