Menu

Bir gündə 3 nəfər intihar etdi

03.06.2016, 15:13
Bir gündə 3 nəfər intihar etdi

İyunun 3-də Bakıda 3 intihar hadisəsinin baş verdiyi bildirilir.

APA-nın xəbərinə görə, Qaradağ rayon Qobustan qəsəbə sakini 21 yaşlı Rasim Muradovun məktəbin sinif otağında asılmış meyiti aşkarlanıb. Gəncin özünü asdığı güman edilir. Hadisənin səbəbləri bəlli deyil. Qaradağ rayon prokurorluğu araşdırma aparır.

Nərimanov rayonunda isə 48 yaşlı Səidə Ağayevanın intihar etdiyi iddia olunur. Onun özünü 9-cu mərtəbədən atdığı söylənir.

Daha bir intihar olayının Yasamal rayonunda baş verdiyi bildirilir. Hüseyn Cavid prospektində yaşayan 67 yaşlı Rusiya vətəndaşı Nina Muradova-nın özünü 5-ci mərtəbədən atdığı iddia olunur.

Son vaxtlar Azərbaycanda intihar hallarının artdığı deyilir. Ancaq ölkədə intihar hallarını araşdıran mərkəz yoxdur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol