Menu

Hacıqabulda dəhşətli yol qəzası - 2 piyada öldü

03.06.2016, 16:18

Qeza-Meyit2Hacıqabul rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Baş Dövlət yol Polisi İdarəsindən Ans press-ə verilən məlumata görə, Qarasu kəndində Bakı şəhər sakini Anar Babayev idarə etdiyi “KİA” markalı avtomobillə yolu keçən şəhər sakini 1962-ci il təvəllüdlü Oqtay Burxan oğlu Hənifəyevi və Kürdəmir rayon sakini 1986-cı il təvəllüdlü Vüsal Binətçi oğlu Burxanovu vurub. Hər iki yaralı dərhal Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib və tibbi yardıma baxmayaraq tibb müəssisəsində ölüblər.

Faktla bağlı Baş Dövlət yol Polisi İdarəsinin Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Ölümlə nəticələnən daha bir qəza Qazax rayonunun 2-ci Şıxlı kəndində baş verib. Gürcüstan vətəndaşı Alı Abbasovun idarə etdiyi “Opel” və Türkiyə vətəndaşı Oskay Hasanın idarə etdiyi “MAN” markalı avtomobillər toqquşub. Qəza nəticəsində A.Abbasovun sərnişini, Tovuz rayon sakini Rəna Məmmədova aldığı xəsarətlərdən hadisə yerində ölüb, sürücü isə xəstəxanaya çatdırılıb. Onun vəziyyəti normal qiymətləndirilir.

Oğuzda isə motosikletdən yıxılan 34 yaşlı kişi ölüb. Qaraməryəm-İsmayıllı-Şəki magistral avtomobil yolunun Oğuz rayonu Padar kəndi ərazisindən keçən hissəsində Oğuz rayonu Xaçmaz kənd sakini, 1982-ci il təvəllüdlü Azad Tərlan oğlu Ağakişiyev idarə etdiyi “İJ” markalı, dövlət qeydiyyat nişanı olmayan motosikletdən yıxılıb. A. Ağakişiyev aldığı müxtəlif dərəcəli ağır bədən xəsarətləri ilə Oğuz Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıb və orada ölüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol