2016-cı ilin 4 ayında Türkiyədə Azərbaycan kapitallı 64 şirkət, o cümlədən 24 səhmdar cəmiyyəti yaradılıb.
Türkiyə Palatalar və Birjalar Birliyinin məlumatına görə, bu şirkətlərin kapitalına 8,6 mln türk lirəsi investisiya qoyulub. Bunun 7,2 mln lirəsi və ya 80% Azərbaycandan olan tərəfdaşların payına düşür.
Bu il Türkiyədə yaradılan şirkətlərin sayına görə Azərbaycan ilk onluğa daxildir.
Hazırda Türkiyədə Azərbaycan kapitallı 1700 şirkət fəaliyyət göstərir. /"Marja"


Şərhlər