Menu

​Azərbaycan pilotları Rusiyada keçiriləcək beynəlxalq müsabiqədə iştirak edəcək

06.06.2016, 08:58
​Azərbaycan pilotları Rusiyada keçiriləcək beynəlxalq müsabiqədə iştirak edəcək

Azərbaycan təyyarəçiləri Rusiyanın Ryazan vilayətində keçiriləcək "Aviadarts" müsabiqəsinin beynəlxalq mərhələsində iştirak edəcəklər.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya Federasiyası Hava-Kosmik Qüvvələrinin baş komandanı, general-polkovnik Viktor Bondaryev bildirib.

Onun sözlərinə görə, müsabiqə iyulun sonu – avqustun əvvəlində təşkil olunacaq.

"Təyyarəçilər ciddi hazırlaşmalıdırlar. Müsabiqədə Çin, Belarus, Azərbaycan və digər ölkələrdən təyyarəçilər iştirak edəcəklər", – deyə general-polkovnik bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol