APA-nın Türkiyə müxbiri xəbər verir ki, yaralanan Azərbaycan vətəndaşı Murad Mirəliyevdir. Şamaxı rayonunda yaşayan əslən axısxa türkü olan M. Mirəliyev ayağından yaralanıb. O, Haseki Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib. Zərərçəkən APA-nın Türkiyə müxbirinə artıq əməliyyat olunduğunu deyib. O bildirib ki, vəziyyəti normaldır, özünü yaxşı hiss edir. Yaralı İstanbulda yaşayan qohumlarına baş çəkmək üçün bu şəhərə səyahət etdiyini deyib.
* * *
İstanbulda törədilən terror aktı nəticəsində 11 nəfər şəhid olub, 36 nəfər isə yaralanıb. "AzPolitika.info"nun məlumatına görə, bu barədə İstanbul valisi məlumat verib. Ölənlərdən 7-si polis, 4-ü sıravi vətəndaşdı.
Terror aktının bomba dolu avtomobilin polis maşını keşən zaman həyata keçirildiyi bildirilir. Park olunmuş avtomobilin partladılmasından sonra eyni yerdə ikinci partlayış səsi eşidilib.
Qeyd edək ki, partlayış turistlərin cox olduğu bölgədə törədilib. Yaralananlardan birinin Azərbaycandan olduğu bildirilir.











Şərhlər