Menu

Londonda bahalı ev alan MDB ölkələri arasında Azərbaycan 4-cüdür

02.04.2014, 12:01
Londonda bahalı ev alan MDB ölkələri arasında Azərbaycan 4-cüdür

Londonda ev almaq dəb olduğundan varlı azərbaycanlılar da Britaniya paytaxtında ev sahibi olmağa can atırlar. Bunu “Exo” qəzetinə müsahibəsində İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov deyib. Ekspertin fikrincə, Londonda ev almaq iqtisadi baxımdan da əlverişlidir. Çünki hətta 2008-2009-cu illərdəki böhran dönəmində də Böyük Britaniya paytaxtında daşınmaz mülkiyyətin qiyməti, əslində, sabit qalıb.

MDB ölkələrindən Londonda ən çox ev alan Ukrayna sakinləridir. “The Telegraph” qəzetinin yazdığına görə, Rusiya vətəndaşları ikinci sırada gedirlər. Üçüncü, dördüncü və beşinci yerdə Qazaxstan, Azərbaycan və Gürcüstan vətəndaşlarıdır. Son iki ildə sadalanan ölkələrin sakinləri Britaniya paytaxtında 2 milyard funt sterlinq (3,3 milyard dollar) dəyərində mənzillərə sahibləniblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol