Menu

Qulu Məhərrəmlinin yerinə təyinat - Sevinc Əliyeva

10.06.2016, 15:14
Qulu Məhərrəmlinin yerinə təyinat - Sevinc Əliyeva

Sevinc Əliyeva şöbədə aparıcı elmi işçidir

AMEA Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq şöbəsinə müdir əvəzi təyin edilib.

Dilçilik İnstitutundan "Report"un sorğusuna cavab olaraq bildirilib ki, şöbədə müdir vəzifəsini filologiya üzrə fəlsəfə doktoru, dosent Sevinc Əliyeva icra edəcək.

S.Əliyeva indiyədək şöbənin aparıcı elmi işçisi vəzifəsində çalışıb. O, 15 il institutun Gənc Alimlər Şurasının sədri olub.

Yaxın vaxtlarda şöbəyə müdir təyinatı ilə bağlı müsabiqə keçiriləcək.

Xatırladaq ki, Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri professor Qulu Məhərrəmli idi. O, iyunun 6-da öz ərizəsi ilə institutdan ayrılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol