Menu

İsmayıllıda bədbəxt hadisə - 24 yaşlı gənc göldə boğuldu

10.06.2016, 22:32
İsmayıllıda bədbəxt hadisə - 24 yaşlı gənc göldə boğuldu

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Ismayıllı rayonununda istirahət mərkəzinin ərazisində yerləşən süni göldə (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 55 km aralı, nəzarətsiz ərazidə) 1992-ci il təvəllüdlü Muradov Ramin Mehman oğlunun suda batması haqqında məlumat daxil olub.

AzNews.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, dərhal nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq R.Muradovun cəsədini batdığı yerdən 8 metr aralıdan çıxararaq aidiyyəti üzrə təhvil verib.

Əməliyyat saat 18:01-də başa çatıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol