AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, bu gün Latviyada NATO-nun «Qılınc zərbəsi» kod adlı hərbi təlimlərinə start verilib («Exo Moskvı»).
Təlimlərdə ABŞ, Latviya, Litva, Böyük Britaniya, Norveç və Polşadan olan 1700-dən artıq hərbçi iştirak edir. Latviya müdafiə nazirliyindən bildiriblər ki, birgə təlimlərin gedişində əsgərlər hücum və batalyon səviyyəsində müdafiə fəndlərini məşq edəcəklər.
Bundan əvvəl - cari ilin may ayında NATO-nun Estoniyada daha bir geniş miqyaslı hərbi təlimləri keçirilib. Bu təlimlərə 6 min hərbçi, aviasiya və zirehli texnika cəlb olunmuşdu.

Şərhlər