Menu

"İstanbula bir boğaz kifayət etməz"- Binəli Yıldırım

11.06.2016, 22:00
"İstanbula bir boğaz kifayət etməz"- Binəli Yıldırım

Avrasiya tuneli dekabrın 20-də açılacaq. Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Baş naziri Binəli Yıldırım deyib.

“Üzərində dəmiryolu olan ən uzun körpünü İstanbula qazandırdıq. 26 avqustda Yavuz Sultan Səlim körpüsünü birlikdə açacağıq. İstanbul-İzmir magistralı və Osmanqazi körpüsü də nəhəng layihələrin arasındadır. Osmanqazi dünyanın 4-cü ən böyük körpüsüdür. Daha sonra İstanbula sürətli qatarı gətirdik. 2018-ci ildə isə dünyanın ən böyük hava limanını bu şəhərə bəxş edəcəyik. İstanbula bir boğaz kifayət etməz. Kanalistanbul magistralı da yaradılacaq”, - Yıldırım bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol