Menu

Azərbaycanda qaz hasilatı artıb

12.06.2016, 14:49

qaz_yatagi2015-ci ildə Azərbaycanda qaz hasilatı 18,2 milyard kubmetr təşkil edib ki, bu da 2014-cü ildəki hasilat həcmindən 3,4 faiz çoxdur.

Trend-in məlumatına görə, bu barədə BP-nin dünya energetikası üzrə illik statistik icmalında deyilir.

BP-nin hesablamalarına görə, cari ilin əvvəlinə Azərbaycanda təsdiq edilmiş qaz ehtiyatları 1,1 trilyon kubmetr olub ki, bu da dünya üzrə təsdiq edilmiş qaz ehtiyatlarının 0,6 faizini təşkil edir.

Ölkədə qaz istehlakı 2015-ci ildə 9,8 milyard kubmetr təşkil edib ki, bu da 2014-cü ildəkindən 4,1 faiz çoxdur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol