Menu

31 İŞİD yaraqlısı öldürüldü

13.06.2016, 08:56
31 İŞİD yaraqlısı öldürüldü

Türkiyə Silahlı Qüvvələrinin "Fırtına" özüyeriyən artilleriya qurğularının tətbiqi ilə keçirdiyi əməliyyatlar zamanı, həmçinin beynəlxalq koalisiya qüvvələrinin hava zərbələri nəticəsində İŞİD terror təşkilatının Suriyanın şimalında 31 yaraqlısı öldürülüb.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bundan başqa, terror təşkilatının anbarları və reaktiv qurğuları da məhv edilib.

Eyni zamanda, beynəlxalq koalisiyaya məxsus aviasiya Cakkada və Dudyanın 4 rayonunda terrorçuların mövqelərinə 5 zərbə endirib.

Həmçinin raket qurğuları ilə terrorçuların 6 müdafiə mövqeyi, 5 nəqliyyat vasitəsi, 3 minaatanı məhv edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol