ABŞ-ın Florida ştatının Orlando şəhərində yerləşən gecə klubunda 50 nəfəri güllələyən Ömər Mətinin keçmiş həyat yoldaşının psixiki problemlərinin olduğunu bildirib. ANS PRESS-in məlumatına görə, Sitora Yusufiy deyir ki, keçmiş əri onu mütəmadi olaraq döyüb və qohumlarına zəng etməyə icazə verməyib. Qadın Mətin ilə 2009-cu ildə ailə həyatı qurub. 2011-ci ildə cütlük boşanıb və bundan sonra Yusufiy keçmiş həyat yoldaşı ilə bütün əlaqələrini kəsib.
Qadının sözlərinə görə, əfqan köklü amerikalı Mətin Nyu-Yorkdan olub və homofob fikirləri ilə fərqlənib. O polisə işə düzəlmək istəyib, amma qadın onda radikal islama heç bir meylilik hiss etməyib. ABŞ-ın Federal Təhqiqatlar Bürosunun məlumatına görə, "Pulse" gecə klubuna gəlməmişdən əvvəl Ömər Mətin 911 xidmətinə zəng edib və özünün İŞİD qruplaşmasına aid olduğunu bildirib.
Bu təşkilat ona yaxın Amak xəbər agentliyi vasitəsi ilə kütləvi güllələnməyə görə məsuliyyəti öz üzərinə götürüb.
ABŞ-ın Florida ştatında homoseksualların yığışdığı gecə klubuna iyunun 12-də hücum edilib. Klubda olanların atəşə tutulması nəticəsində ölü sayı 50-yə çatıb. Yaralananların isə 53 nəfər olduğu bildirilir. Hadisə ilə bağlı çıxış edən ABŞ prezidenti Barak Obama bunu "terror aktı adlandırıb".


Şərhlər