Vergi orqanları maliyyə sanksiyalarının hesabına büdcədənkənar fond yaradır
Milli Məclisin bu gün keçirilən plenar iclasında Vergi Məcəlləsinə dəyişiklik edilməsi müzakirə olunub.
“Report”un məlumatına görə, dəyişikliyə əsasən vergi orqanları işçilərinin sosial müdafiəsi, o cümlədən vergi orqanlarının maddi texniki bazasının möhkəmləndirilməsi, vergi sahəsində elmi-texniki potensialın artırılması məqsədi ilə vergi orqanları tərəfindən tətbiq edilən və dövlət büdcəsinə daxil olan maliyyə sanksiyaları məbləğinin 50%-i hesabına bu orqanların büdcədənkənar fondu yaradılır.
Hazırda isə bu rəqəm 25%-dir.
Layihə səsverməyə çıxarılaraq qəbul edilib.

Şərhlər