DSX rəisi Elçin Quliyev Türkiyə Res­pub­li­ka­­sı Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Necdet Özeli qəbul­ edib

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı general-ley­te­nant Elçin Quliyev ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Res­pub­li­ka­­sı Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Necdet Özeli qəbul­ edib.

ANS PRESS-ə DSX-nin mətbuat xidmətindən verilən məlumata görə, Dövlət Sərhəd Xidmətinin Aparatında ordu generalı Necdet Özelin qarşılanma mərasimi keçirilib. Rəsmi protokola uyğun olaraq Baş Qərargah rəisi “Şərəf kitabı”na ürək sözlərini yazıb.

Geniş tərkibdə keçirilən görüş zamanı Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı general-leytenant Elçin Quliyev qonaq­ları salamlayaraq Azərbaycan Respublikasının sərhəd təhlü­kəsiz­li­yi sistemi, Dövlət Sərhəd Xidmətinin vəzifə və tapşırıqları, həyata keçi­ri­lən­ islahatlar və əldə olunmuş nailiyyətlər, həmçinin, Ermənistan-Azər­baycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində işğal olunmuş Azərbaycan-İran sərhədinin 132 kilometrlik ərazisindən qaçaqmalçılıq və digər qeyri-qanuni məqsədlərlə istifadə edilməsi barədə məlumat ve­rib.­

Müzakirələr zamanı ikitərəfli əlaqələrin səviyyəsi yüksək qiymət­lən­dirilib və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir müba­di­lə­si­ aparılıb. İki dövlət arasında sərhəd əməkdaşlığının hazırkı vəziyyəti və onun inkişafı üçün prioritet istiqamətlər nəzərdən keçirilib. Sərhəd­lə­rin­ təhlükəsizliyinin möhkəmləndirilməsi, təcrübə mübadiləsinin aparıl­ma­sı, birgə tədbirlərin keçirilməsi istiqamətində əməkdaşlığın daha da genişləndirilməsinin zəruriliyi vurğulanıb.

Görüşün sonunda Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qo­şun­la­rının Komandanı general-leytenant Elçin Quliyevin əmri ilə iki ölkə arasında sərhəd təhlükəsizliyi sahəsində əlaqələrin möhkəmlən­diril­mə­sin­də göstərdiyi xidmətlərə görə Türkiyə Respublikası Silahlı Qüvvə­lə­ri­nin Baş Qərargah rəisi ordu generalı Necdet Özel Azərbaycan Respub­likasının “Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə”medalı ilə təltif olunub.

Görüşdə Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İsmail Alper Coşqun da iştirak edib.