Menu

İngiltərə ilk qələbəsini qazandı - Avro-2016

16.06.2016, 19:52
İngiltərə ilk qələbəsini qazandı - Avro-2016

Bu gün Fransada futbol üzrə Avropa çempionatının qrup mərhələsi çərçivəsində İngiltərə və Uels komandaları qarşılaşıblar.

Trend-in məlumatına görə, ilk qol uelslilərdən gəlib - 42-ci dəqiqədə Qaret Beyl cərimə zərbəsini dəqiq yerinə yetirməklə hesabı açıb.

İngilislərin cavab qolu 56-cı dəqiqəyə təsadüf edib - Ceymi Vardi fərqlənib. Bundan ruhlanan İngiltərə futbolçuları qələbə topunu da vura biliblər - 90+2-ci dəqiqədə Staric komandasına qələb qazandırıb.

Beləliklə, B qrupunda İngiltərə 4 xalla liderdir, 3 xallı Uels və Slovakiya 2-3-cü yerləri bölüşür. Rusiya 1 xalla sonuncudur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol