Menu

Xırdalanda sərnişin avtobusu qəzaya uğradı- FOTOLAR

18.06.2016, 12:23
Xırdalanda sərnişin avtobusu qəzaya uğradı- FOTOLAR

Azərbaycanda növbəti dəfə sərnişin avtobusu qəzaya uğrayıb. ANS PRESS-in məlumatına görə, hadisə Xırdalan şəhəri ərazisində baş verib. 192 saylı orta tutumlu sərnişin avtobusu yoldakı elektrik dirəyinə çırpılıb. Məlumata görə, qəzaya səbəb avtobusda yaranmış texniki nasazlıq olub. Nəticədə sürücü idarəetməni itirib və qəza baş verib.

10 TF 135 dövlət nömrə nişanlı avtobus Xırdalan-Sədərək istiqamətində fəaliyyət göstərib. Qəza zamanı avtobusun içində sərnişinlər olsa da, xoşbəxtlikdən xəsarət alan olmayıb.

Avtobusun çırpıldığı elektrik dirəyi aşıb.

Xırdalanda avtobus qəzası

192 saylı avtobus Xırdalan-Sədərək marşrutu üzrə işləyib

Ölkədə sonuncu dəfə avtobusun iştirakı ilə ağır yol qəzası may ayının 13-də baş verib. Qəza Ələt-Astara magistral yolunun 220-ci kilometrliyində - Astara rayonunun Pensər kəndi ərazisində baş verib. "Şaqman" markalı yük maşını Lənkəran istiqamətində hərəkətdə olan "Qazel" markalı sərnişinmikroavtobusu ilə toqquşub.

Qəza nəticəsində sərnişin avtobusunda olan 3 nəfər ölüb, 10-dan çox insan ağır bədən xəsarətləri alıb. Hadisəyə səbəb "Şaqman" markalı yük maşınının əyləc sistemində nasazlıq yaranması göstərilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol