Menu

Türkiyədə partlayış - 4 nəfər xəsarət alıb

19.06.2016, 22:35

turkiye-pkk-300x198Türkiyənin Mardin əyalətinin Kızıltəpə bölgəsində partlayış baş verib.

APA-nın “Anadolu”-ya istinadən verdiyi məlumata görə, nəticədə 4 nəfər xəsarət alıb.

Yaralılar təcili yardım maşınları ilə Kızıltəpə Dövlət Xəstəxanasına çatdırılıblar. Onların həyatlarına təhlükə yoxdur.

İnsident nəticəsində bir neçə binaya zərər dəyib. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparır. İlkin ehtimala görə, Kızıltəpədə əldəqayırma partlayıcı qurğu işə salınıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol