Menu

Binəqədidə iki kişi meyiti tapılıb

22.06.2016, 14:01

Meyit-intBakının Binəqədi rayonunda iki meyit tapılıb.

“Report”un xəbərinə görə, rayonun Ə.Naxçıvani küçəsi, ev 24 ünvanında yaşayan 1958-ci il təvəllüdlü Azad Vəliyevin üzərində zorakılıq əlamətləri görünməyən meyiti aşkar olunub.

Oxşar hadisə Binəqədi rayonunun 28 May qəsəbəsində də qeydə alınıb. Həmin qəsəbədə Bakı şəhər sakini 1951-ci il təvəllüdlü Ədalət Heybətovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti aşkarlanıb.

Hər iki faktla bağlı rayon prokurorluğunda istintaq aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol