Menu

Bakıda aptek qarət olundu

05.04.2014, 14:30
Bakıda aptek qarət olundu

Oğru qapını sındıraraq içəri girib və aptekdən 120 manat oğurlayıb

Ötən gecə Bakının Binəqədi rayonunda aptek qarət olunub. ANS PRESS-in Daxili İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, hadisə S.S.Axundov küçəsində Bakı şəhər sakini Şərafət Əliyevə məxsus aptekdə baş verib.

Oğru qapını sındıraraq içəri girib və oradan 120 manat oğurlayıb.

Polisin keçiriyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Bərdə rayon sakini Babək İsbəndiyarov tutulub.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol