Menu

AVRO-2016: Almaniya 1/4 finala yüksəldi - VİDEO

26.06.2016, 22:13
AVRO-2016: Almaniya 1/4 finala yüksəldi - VİDEO

Görüş almanların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb

Bu gün Fransada keçirilən Avropa çempionatının 1/8 final mərhələsinin ikinci qarşılaşması oynanılıb.

"Report" xəbər verir ki, Almaniya və Slovakiya arasında baş tutan görüş birincinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Matçda hesab 8-ci dəqiqədə Jerom Boatenqin dəqiq zərbəsindən sonra açılıb. 43-cü dəqiqədə almanların üstünlüyü iki topa çatıb: Mario Qomez adını tabloya yazdırıb. Oyunda son nöqtəni 63-cü dəqiqədə Culian Draksler qoyub.

Almaniya bu qələbə sayəsində ¼ finala vəsiqə qazanıb və bu mərhələdə İtaliya-İspaniya cütünün qalibi ilə qarşılaşacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol