Menu

10 yaşlı oğlan kanalda boğulub

28.06.2016, 11:21
10 yaşlı oğlan kanalda boğulub

Tovuz rayonunda uşaq su kanalında boğulub. APA-nın qərb bürosunun veridyi məlumata görə, rayonun Aşağı Quşçu kənd sakini, 2006-ci il təvəllüdlü Vahid Vidadi oğlu Quliyev kənd ərazisində olan su kanalına düşüb. Sudan çıxarılan azyaşlı dərhal Tovuz Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol