Menu

"İŞİD Türkiyəyə 30 silahlı göndərib" - ABŞ-ın baş kəşfiyyatçısı

29.06.2016, 11:08
"İŞİD Türkiyəyə 30 silahlı göndərib" - ABŞ-ın baş kəşfiyyatçısı

Con Brennan terrorçu qruplaşmanın öz silahlıları və tərəfdarları vasitəsi ilə Qərb ölkələrində terror törədəcəyini də söyləmişdi

"Terrorçu İŞİD qruplaşması Türkiyəyə 30 silahlı göndərib".

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Brennan İstanbulun Atatürk hava limanında törədilən terror aktlarına münasibət bildirərkən deyib.

Qeyd edək ki, iyunun 16-da Senatın Kəşfiyyat üzrə Komitəsindəki çıxışında Con Brennan terrorçu İŞİD qruplaşmasının öz silahlıları və tərəfdarları vasitəsi ilə Qərb ölkələrində terror aktları törədəcəyini söyləmişdi.

O, İŞİD-in Qərb ölkələrində terror hücumları təşkil etməsi üçün istifadə edəcəyi potensial silahlılarının olduğunu bildirmiş, bu terrorçu qruplaşmanın Qərb dövlətlərinə adamlarını qaçqın və ya adi turist kimi göndərə biləcəyinin vurğulamışdı.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol