Menu

Ukraynada Rusiya meyilli qüvvələr dövlət binalarını tutub - Fotolar

06.04.2014, 20:44
Ukraynada Rusiya meyilli qüvvələr dövlət binalarını tutub - Fotolar

Ukraynada Rusiya meyilli qüvvələr yenidən aktivləşib.“Axar.az” Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu gün günorta saatlarından başlayaraq Donetsk şəhərində separatçılar kütləvi etiraz aksiyalaşrına başlayıblar.

Aksiya nəticəsində separatçılar Donetsk Şəhər Administrasiyasının binasını ələ keçiriblər. Hətta separatçılar binanın içərisinə əl qumbarası da atıblar.

Luqansk şəhərində də rusmeyilli qüvvələr şəhərin Milli Təhlükəsizlik İdarəsinin binasını ələ keçiriblər.

Aksiyaçılar qapıları sındıraraq içəri daxil olublar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol