Azərbaycan prezidenti İlham Əliyev Daxili İşlər Nazirliyinin zabitlərinə ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.
APA-nın məlumatına görə, polis polkovniki Zaur Natiq oğlu Abdullayevə və polis polkovniki Elçin Hidayət oğlu Həsənova polis general-mayoru ali xüsusi rütbəsi verilib.
Qeyd edək ki, Zaur Abdullayev Çevik Polis Alayının komandiri, Elçin Həsənov isə Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinin rəisidir.


Şərhlər