Menu

Türkiyənin Azərbaycandakı səfirinin diplomatik missiyası başa çatıb

30.06.2016, 18:56
Türkiyənin Azərbaycandakı səfirinin diplomatik missiyası başa çatıb

Xarici işlər naziri Elmar Məmmədyarov Türkiyənin Azərbaycandakı səfiri Alper Coşqunu diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

XİN-in mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Azərbaycan və Türkiyə arasında əməkdaşlığın bütün sahələrdə qardaşlıq və strateji müttəfiqlik prinsipləri əsasında yüksələn xətt üzrə inkişaf etdiyi vurğulanıb.

Elmar Məmmədyarov iyunun 28-də İstanbulun Atatürk hava limanında törədilmiş qanlı terror aktı ilə əlaqədar həmkarı Mevlüt Çavuşoğluna dərin hüznlə başsağlığı məktubu göndərdiyini qeyd edərək, yaralananların tezliklə şəfa tapmasını dilədiyini bildirib.

Səfir Alper Coşqun diplomatik fəaliyyətinin uğurla həyata keçirilməsi üçün ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib.

Nazir Elmar Məmmədyarov səfir Alper Çoşquna iki ölkə arasında əlaqlərin inkişafına verdiyi töhfəsinə görə minnətdarlığını ifadə edib və ona gələcək diplomatik fəaliyyətində uğurlar arzu edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol