Menu

Daha bir ölkə Aİ və NATO-dan çıxa bilər

01.07.2016, 17:48
Daha bir ölkə Aİ və NATO-dan çıxa bilər

Çexiya prezidenti Miloş Zeman ölkəsində Avropa İttifaqı və NATO-ya üzvlüklə bağlı referendum keçirilməsinə çağırıb.

APA-nın “Reuters”-ə istinadən verdiyi məlumata görə, lakin o, eyni zamanda ölkəsinin hər iki təşkilatda qalması ideyasını dəstəklədiyini bəyan edib: “Mən Avropa İttifaqından çıxmağı dəstəkləyənlərin fikri ilə razı deyiləm. Lakin onların referendumda iştirak etməsi və öz fikirlərini ifadə etmələri üçün əlimdən gələni edəcəyəm. Bu, həmçinin NATO-da qalmağa aiddir”.

Qeyd edək ki, Çexiya prezidentinin Konstitusiyaya dəyişikliyi nəzərdə tutun referendum təyin etməklə bağlı səlahiyyəti yoxdur.

Xatırladaq ki, iyunun 23-də Böyük Britaniyada ölkənin Aİ-dən çıxması ilə bağlı referendum keçirilib, 52 faiz bunun lehinə səs verib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol