Menu

İlham Əliyev 2 gün Naxçıvanda olacaq

07.04.2014, 12:44
İlham Əliyev 2 gün Naxçıvanda olacaq

Aprelin 7-də prezident İlham Əliyevin Naxçıvana ikigünlük səfəri başlayır.

Turan-a yerli mənbələrdən bəlli olub ki, prezident səfər zamanı Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordusunun hərbi texnikasına baxış keçirəcək, həmçinin Naxçıvan-Şahbuz avtomobil yolunun açılış mərasimində iştirak edəcək. Şərur rayonunda Arpaçay Su Elektrik Stansiyasının tikinti işləri ilə tanış olacaq.

Dövlət başçısının iştirakı ilə bir sıra başqa tədbirlər də planlaşdırılır.

İ.Əliyevin gəlişi ilə əlaqədar Naxçıvanda mərkəzi küçələrdə avtomobillərin hərəkəti məhdudlaşdırılıb. Naxçıvanla rayonlar və kəndlərarası marşrut avtobusları işləmir. -

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol