Menu

İraqda üç günlük matəm elan olunub

03.07.2016, 23:36
İraqda üç günlük matəm elan olunub

İraqın baş naziri Heydər əl-Abadi Bağdadda törədilən irimiqyaslı terror aktı ilə əlaqədar ölkədə üç günlük matəm elan edib.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, əl-Abadi bildirib ki, terror aktını törədənlər mütləq layiqli cəzalarını alacaqlar.

Bağdadın Əl-Karrad rayonunda terror aktı nəticəsində ölənlərin sayı 167 nəfərə ölüb, 170 nəfər yaralanıb. Partlayışa görə məsuliyyəti İŞİD terror təşkilatı öz üzərinə götürüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol