Pərviz Həşimlinin işi üzrə bu gün proses keçirildi. Prosesdə AXCP sədri Əli Kərimli və onun müavinləri Gözəl Bayramı, Nurəddin Məmmədli iştirak edirdi. Məhkəmədə 3 şahid dindirildi.
Şahidlərin ifadəsi istintaqin saxtalığın çox bariz şəkildə sübut etdi. Məsələn, şahid Aybəniz Məmmədova dedi ki onu hal şahidliyinə cib telefonuna MTN-dən zəng edərək çağırıblar. Vəkillər sual verdi ki, “bəs sən heç təəccüblənmədin ki, tanımadığın adam sənin nömrəni hardan tapıb görüşə çağırır”. Şahid suala ağlabatan cavab verə bilmədi.
İkinci şahid Əlövsət Həsənov isə absurd ifadələri ilə hətta hakimlərin gülüşünə səbəb oldu. O öz təvəllüdünü belə bilmədi. Istintaqa izahatı özünün veridiyini desə də , hakimin "yazığını oxu" tələbinə oxuya bilmirəm, cəmi 5 il məktəbə getmişəm dedi. Şahid onu da dedi ki onu məhkəməyə icra nümayəndəsi 40 manat pul verərək yollayıb. Orxan Məmmədzadə adlı oxuyub yazmaq bilməyən şahid (özü ifadəsində bunu elan etdi) də ziddiyətli ifadələr verdi.
Proses zamanı Pərviz Həşimli ittihamın qurama olduğunu bəyan etdi və bildirdi ki, onun üzünə qoyulan adamlar hamısı narkoman və əyyaşdılar. MTN bu səviyyəsiz şahidlərlə əslində öz səviyyəsini nümayiş etdirib.
Proses aprelin 14-ü davam edəcək.
azadliq.info

Şərhlər